UEFA çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb. Matc.az xəbər verir ki, rəmzi komandaya "çelsi" və "Mançester Siti"dən 3, "Liverpul"dan 2, "Real", "Atletiko" və "Benfika"dan 1 futbolçu düşüb.
 
Qapıçı: Ederson ("Mançester Siti", İngiltərə);
 
Müdafiəçilər: Antonio Rüdiger ("çelsi", İngiltərə), Kayl Uoker, Con Stounz (hər ikisi "Mançester Siti), Reynildo Mandava ("Atletiko", Madrid, İspaniya), Kostas Tsimikas ("Liverpul", İngiltərə);
 
Yarımmüdafiəçilər: Meyson Maunt ("çelsi", İngiltərə), Luka Modriç ("Real", Madrid, İspaniya), Qonsalo Ramuş ("Benfika", Portuqaliya);
 
Hücumçular: Timo Verner ("çelsi", İngiltərə), Roberto Firmino ("Liverpul", İngiltərə).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest