Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanda futbol matçına təyinat alıb. Matc.az xəbər verir ki, o, Yunanıstanın 2-ci Super Liqasının final oyununu idarə edəcək.
 
35 yaşlı baş hakim "Levadiakos" və "Veriya" komandaları arasındakı cavab matçında söz sahibi olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
 
Qarşılaşma mayın 15-də keçiriləcək. "Veriya"nın meydanında baş tutan ilk oyunda "Levadiakos" 1:0 hesablı qələbə qazanıb. Qalib komanda Super Liqaya vəsiqə qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest