"Qalatasaray" rəhbərliyi baş məşqçi Okan Burukun da transfer siyahısında olduğunu açıqladığı Xulio Ensiso üçün hərəkətə keçib.

Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" telekanalı məlumat yayıb.

Bildirilir ki, İstanbul təmsilçisi paraqvaylı futbolçu üçün Fransa klubu "Strasbourq"a satın alma opsiyası ilə icarə təklifi təqdim etməyə hazırlaşır.

22 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm Fransa çempionatında meydana çıxdığı 27 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Ensiso, 2026-cı il dünya çempionatında isə Paraqvay millisinin heyətində şans qazandığı 3 qarşılaşmada 2 qol ötürməsinin müəllifi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest