Azərbaycan taekvondo yığmasının İtaliyanın Roma şəhərində baş tutacaq qran-pri üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, Dünya Taekvondo Federasiyasının təşkilatçılığı ilə 3-5 iyun tarixlərində keçiriləcək turnirdə milli komandamızın beş üzvü iştirak edəcək.
 
Yarışda kişilərdən Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (80 kq), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizəyə qatılacaq.
 
Komandamız qadınların baş məşqçisi Səbuhi Zülfüqarov, böyük məşqçilər Sənan Həşimov və Rəşad Məmmədovun rəhbərliyi ilə bu gün artıq Roma şəhərinə yola düşüb.
 
Qran-pri il ərzində müvafiq olaraq İtaliya, Fransa, Böyük Britaniya və çin-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest