“Bu, düzgün qərardı. Təbii ki, oynamaq istəyirdi. Fövqəladə vəziyyət yaransaydı, onu Çexiya ilə oyunda start heyətinə daxil edərdik. Ancaq riskə getməyə dəyməzdi”. Matc.az xəbər verir ki, bunu İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente deyib.
O, Lamin Yamalın Millətlər Liqasında Çexiya ilə keçiriləcək görüşdə meydana çıxmaması ilə bağlı qərarı şərh edib: “İlk növbədə onun sağlamlığını düşündük. Yamalda özünü normal hiss etməsinə mane olan yüngül iltihab var. Hər şey qaydasında getsə, tezliklə komandaya qoşulacaq. Söhbət futbolçuların sağlamlığından gedirsə, heç kimə fərqli yanaşılmır”.
Qeyd edək ki, Yamalın səhhətindəki problem səbəbindən milli komandanın düşərgəsinə qoşulmadığı, lakin noyabrın 15-də İngiltərə ilə keçiriləcək görüşdə meydana çıxa biləcəyi bildirilir.













