Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər. Matc.az xəbər verir ki, 3-5 iyun aralığında baş tutacaq turnirə 37 ölkədən 284 idmançı qatılacaq.
 
Böyük məşqçi Mövlud Mirəliyevin rəhbərliyi altında böyüklərdən ibarət yığma komandamız turnirdə bu heyətlə mübarizə aparacaq:
 
-60 kq
Rövşən Əliyev
Turan Bayramov
 
-66 kq
İbrahim Əliyev
İsmayıl İbrahimov
 
-73 kq
Telman Vəliyev
 
-81 kq
Elcan Hacıyev
Zelim Tckayev
 
-90 kq
Murad Fətiyev
 
Qadınlardan ibarət milli komanda isə yarışa məşqçi Vüqar Hüseynovun rəhbərliyi ilə qatılacaq:
 
-48 kq
Aişə Qurbanlı
Şəfəq Həmidova

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest