çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) ilk oyununu keçirib. Matc.az xəbər verir ki, Portuqaliyanın Nazare şəhərində İtaliya yığması ilə qarşılaşan millimiz 3:7 hesabı ilə məğlub olub. 
 
Komandamızın qollarını Kamil Hüseynov, Orxan Məmmədov və Emin Mehdiyev vurub.
 
Millimiz seçmə mərhələdə növbəti oyununu sabah Almaniya komandasına qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest