Fransa yığmasının hücumçusu Maykl Olise dünya çempionatları tarixində əfsanəvi braziliyalı futbolçu Pelenin 56 illik rekordunu qırıb.
Matc.az xəbər verir ki, bu barədə "Opta Sport" statistik portalı məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı vinger İngiltərəyə qarşı keçirilən dünya çempionatının üçüncü yer uğrunda oyununda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da cari mundialda qol ötürmələrinin sayını 7-yə çatdıran Olise, bir turnirdə ən çox assist edən oyunçu ünvanına sahib çıxıb. O, 1970-ci ildə 6 məhsuldar ötürmə edən Pelenin rekordunu geridə qoyub.
Qeyd edək ki, qol ötürmələrinin rəsmi statistikası dünya çempionatlarında 1966-cı ildən bəri toplanılır.
Mayamidə baş tutan dramatik qarşılaşmada Fransa millisi İngiltərəyə 4:6 hesabı ilə məğlub olaraq turniri dördüncü pillədə başa vurub.













