İspaniyanın "Sevilya" klubunun yarımmüdafiəçisi Xesus Koronanı uzun müddətə itirib. Matc.az xəbər verir ki, 29 yaşlı vinger komandanın son məşqlərindən birində ağır zədə alıb.
 
Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Topuq bağı qopan oyunçunun əməliyyat olunacağı açıqlanıb. Futbolçunun təxminən 4-5 ay yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb.
 
Korona 2022-ci ilin yanvarında "Portu"dan "Sevilya"ya transfer olunub. O, İspaniya klubunda 23 oyuna 2 qol vurub. Meksikalı vinger daha öncə "Tvente" və "Monterrey"in də uğurları üçün çalışıb. Sağ cinah yarımmüdafiəçisi Meksika yığmasında 71 oyuna çıxıb, 10 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest