Bu gün futbol üzrə Misli Premyer Liqasında IV turun daha iki oyunu keçirilib. Matc.az xəbər verir ki, günün ilk oyununda "Səbail" "Kəpəz"i qəbul edib. Bu komandalar indiyədək çempionatda 4 dəfə üz-üzə gəlmişdilər. Bunların 2-də paytaxt klubu, 1-də "Kəpəz" meydanı 3 xalla tərk etmişdi. Beş qolun qeydə alındığı bu oyunda isə meydan sahibləri darmadağına seviniblər.
 
Günün ikinci görüşündə son çempion "Qarabağ" "Şamaxı"nı qəbul edib. Bu, komandaların yerli çempionatda 71-ci oyunu olub. Əvvəlki qarşılaşmaların 33-də Ağdam klubu, 13-də qonaqlar qələbə qazanmışdı. Bu görüş isə Ağdam təmsilçisinin qələbəsiylə yekunlaşıb.
 
Qeyd edək ki, turun ilk 2 oyununda "Sumqayıt" evdə "Turan Tovuz"la qolsuz heç-heçə edibsə, "Neftçi" "Zirə"yə qalib gəlməyi bacarıb - 2:1. Tura avqustun 28-də keçiriləcək "Qəbələ" - "Sabah" matçı ilə yekun vurulacaq.
 
Misli Premyer Liqası
IV tur
27 avqust
 
"Səbail" – "Kəpəz" 4:1
Qol: Q.Zakpa, 51. F.Mazurek, 55. A.Ramazanov, 74; 90+4 - Ə.İsmayılov, 11.
Qırmızı vərəqə: R.Əliyev, 70. T.Axundov, 90+3.
"ASCO Arena". Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov
 
Səbail: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov (k), 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 20. Fakundo Kardozo, 4. Maksim çex.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 25. Sadiq Məmmədzadə, 14. Rahid Əmirquliyev, 6. Cabir Əmirli, 72. Emin Zamanov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 27. Emil Martinov, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa.
Baş məşqçi: Mahmud Qurbanov.
Kəpəz: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 22. Əfran İsmayılov, 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 80. Tural Rzayev, 10. Əli Səmədov, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 27. Samir Məhərrəmli, 72. Zahid Mərdanov, 17. ümid Səmədov, 24. Mixeil Erqemlidze, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Yaşar Vahabzadə.
 
"Qarabağ" – "Şamaxı" 4:0
Qol: K.Ovusu, 36. L.Andrade, 55. R.Şeydayev, 64; 72.
"Azersun Arena". Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov
 
Qarabağ: 23. Luka Quqeşaşvili, 30. Abbas Hüseynov (k), 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 20. Kadi Borges.
Baş məşqçi: Qurban Qurbanov.
Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 55. Adil Nağıyev, 27. İbrahim Aslanlı, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov.
Baş məşqçi: Vüqar Əsgərli.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest