Rayondan olan 14577 nəfər məcburi köçkün Azərbaycanın 52 müxtəliş şəhər və rayonlarında müvəqqəti məskunlaşıb. Xocalının müdafiəsi zamanı Azərbaycanın yeddi Milli Qəhrəmanı iştirak edib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilib. Matc.az saytının məlumatına görə, Xocalı soyqırımından artıq 27 il ötür.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, erməni təcavüzkarları tərəfindən 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rayondan olan 14577 nəfər məcburi köçkün Azərbaycanın 52 müxtəliş şəhər və rayonlarında müvəqqəti məskunlaşıb. Xocalının müdafiəsi zamanı Azərbaycanın yeddi Milli Qəhrəmanı iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest