"Ştutqart"ın yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi Bruno Labbadiyaya tapşırılıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssislə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.
 
Labbadiya "Ştutqart"da bir ay öncə istefaya göndərilmiş Pelleqrino Mataratsonu əvəz edib. O, daha öncə də bu komandaya rəhbərlik edib. Belə ki, alman mütəxəssis 2010-cu ilin dekabrından 2013-cü ilin avqustuna kimi çalışdırdığı ştutqartlıları 119 matça çıxarıb. O, 2021-ci ilin yanvarında "Herta"dan ayrılandan bəri işsiz idi.
 
"Ştutqart" bu mövsüm Bundesliqada geridə qalan 15 turda 14 xal toplayıb və 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest