11 Noyabr 2026, 08:59
FUTBOL
Niderland millisinin sabiq futbolçusu Xalid Bulahruz “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqa Kataloniya klubundan ayrılmağı məsləhət görüb. Matc.az xəbər verir ki, 44 yaşlı keçmiş futbolçu Hansi Flikin De Yonqu son qarşılaşmada sağ cinah müdafiəçisi mövqeyində oynatmasını tənqid edib.
Bulahruz bildirib ki, niderlandlı futbolçu öz mövqeyindən uzaqlaşdırılmamalıdır. Onun fikrincə, De Yonq yarımmüdafiəçidir və ən yaxşı oyununu məhz bu mövqedə nümayiş etdirə bilər.
Sabiq futbolçu De Yonqun komandada müxtəlif mövqelərdə istifadə olunmasını da tənqid edərək onun bir növ “kukla kimi idarə edildiyini” söyləyib.
Bununla belə, Niderland futbolunun digər nümayəndəsi Teo Yanssen fərqli mövqe sərgiləyib. O, De Yonqun meydana daxil olduqdan sonra oyunun gedişinə müsbət təsir göstərdiyini vurğulayıb.
Qeyd edək ki, Frenki de Yonq “Barselona”nın əsas yarımmüdafiəçilərindən biridir.













