Qadın basketbolçularımız qrup mərhələsindəki son görüşünü noyabrın 17-də səfərdə İslandiyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Bu gün qadın basketbolçulardan ibarət milli komandalar arasında  FIBA Avropa çempionatının ilk oyunları keçiriləcək. Matc.az xəbər verir ki, A qrupunda mübarizə aparan Azərbaycan yığması İsveçrə, İrlandiya və İslandiya ilə qarşılaşacaq.
 
Millimiz ilk görüşünü bu gün saat 15:00-da Bakıda, Milli Gimnastika Arenasında İsveçrə seçməsinə qarşı keçirəcək. Komandamız noyabrın 14-də saat 14:00-da eyni arenada İrlandiya yığmasını qəbul edəcək.
 
Qadın basketbolçularımız qrup mərhələsindəki son görüşünü noyabrın 17-də səfərdə İslandiyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
 
Qeyd edək ki, bu oyunlar yunanıstanlı mütəxəssis İoannis Dimantakosun rəhbərliyi altında Azərbaycan millisinin ilk rəsmi sınaqları olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest