Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos “Barselona”nın bu mövsüm UEFA Çempionlar Liqasının qalibi olmasının çətin olacağını düşünür. Matc.az xəbər verir ki, Kroos Kataloniya təmsilçisinin hücum futboluna həddindən artıq üstünlük verdiyini və bəzi hallarda müdafiə xəttindəki oyununu arxa plana keçirdiyini bildirib.
 
Madrid “Real”ının keçmiş futbolçu hesab edir ki, bu yanaşma Çempionlar Liqasında uğur qazanmaq üçün kifayət etməyə bilər. Onun sözlərinə görə, turnirdə rəqiblər həm bir oyunda bir neçə qol vurmaq, həm də rəqibin hücumlarını neytrallaşdırmaq gücündədirlər.
 
“Barselona”nın oyun fəlsəfəsi həmişə rəqibindən daha çox qol vəziyyəti yaratmağa əsaslanıb. Lakin Çempionlar Liqasında bunu etmək xeyli çətindir. Qarşına bir oyunda bir neçə qol vura bilən komandalar çıxır. Eyni zamanda, elə rəqiblərlə qarşılaşırsan ki, onlar çox yaxşı müdafiə olunur və sənə istədiyin futbolu oynamağa imkan vermirlər: “Barselona” qələbə qazanmaq üçün daha çox iki-üç qol vurmağa güvənir. Çempionlar Liqasında bu, təhlükəli yanaşmadır”.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest