"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti qələbəsini qazanıb. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Türkiyənin "Trabzonspor" kollektivi ilə üz-üzə gəlib.
 
Milli Gimnastika Arenasında reallaşan görüş "Sabah"ın qalibiyyəti ilə bitib - 91:72.
 
Xatırladaq ki, Azərbaycan təmsilçisi III turda Fransanın "Nanter 92" klubunu məğlub edib - 87:80. Azərbaycan çempionu I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest