11 Noyabr 2026, 08:16
FUTBOL
CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Plovdivdə “Turan”a 0:3 hesabı ilə uduzan bolqarıstanlı mütəxəssis rəqibin xüsusilə mərkəzdən hücumlarda effektiv çıxış etdiyini bildirib.
Bolqarıstanın “Maritsa” klubunun baş məşqçisi Kristian İliyev “Turan”a məğlubiyyət və Çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilməmələri barədə fikirlərini bölüşüb.
CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Plovdivdə “Turan”a 0:3 hesabı ilə uduzan bolqarıstanlı mütəxəssis rəqibin xüsusilə mərkəzdən hücumlarda effektiv çıxış etdiyini bildirib.
İliyev qeyd edib ki, komandası yaxşı servis etsə də, həlledici anlarda düzgün qərarlar verməkdə çətinlik çəkib.
Baş məşqçinin sözlərinə görə, belə qarşılaşmalarda təcrübə mühüm rol oynayır. O, xüsusilə setlərin sonlarına yaxın “Turan” voleybolçularının daha dəqiq qərarlar qəbul etdiyini vurğulayıb: “Rəqib həlledici məqamlarda daha dəqiq oynadı və bu da özünü nəticədə göstərdi”.
Qeyd edək ki, “Turan” Tovuzda keçirilən cavab görüşündə də “Maritsa”nı 3:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.













