Komandamız asiyalılarla görüşdə yalnız yarım xal qazana bilib ki, dördüncü lövhədə Nicat Abbasov Bu Syançji ilə sülhə razılaşıb. Şahmatçılarımız digər üç lövhədən məğlub ayrılıb.

Bu gün Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə komandalararası dünya çempionatı start götürüb. Matc.az saytının məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi ilk turda çin yığması ilə qarşılaşıb. Komandamız asiyalılarla görüşdə yalnız yarım xal qazana bilib ki, dördüncü lövhədə Nicat Abbasov Bu Syançji ilə sülhə razılaşıb. Şahmatçılarımız digər üç lövhədən məğlub ayrılıb.

Qeyd edək ki, yığmamızın aparıcı üzvləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov digər turnirlərə hazırlaşmaları səbəbindən Astanaya yollanmayıblar. Əvəzində çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov çıxış edir.

9 turdan ibarət dünya çempionatına martın 14-də yekun vurulacaq.

I tur

çin - Azərbaycan - 3,5:0,5
Dinq Liren - Rauf Məmmədov - 1:0
Yu Yanqyi - Qədir Hüseynov  - 1:0
Vey Yi - Eltac Səfərli - 1:0 
Bu Syançji  - Nicat Abbasov - 0,5:0,5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest