Bu gün "Sportlife.az" saytının 7 yaşı tamam olur. 2012-ci ilin bu günündə fəaliyyətə başlayan portal yarandığı vaÑ…tdan idman mediasında özünə yer edib və Azərbaycanın sevilən internet resursları sırasına daxil olub.

Bu müddət ərzində "Sportlife.az" böyüyüb, daha funksional olub, kifayət qədər auditoriya qazanıb və oxucularının sayını artırmağa davam edir.

Saytın fəaliyyəti Azərbaycan və dünyanın idman arenalarında baş verən ən son yeniliklərlə bağlı oxucularımızı obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, ölkə idmanının ümumi inkişafına xidmət etməkdən ibarətdi.

Matc.az "Sportlife"dan olan həmkarlarını təbrik edir, uğurlar arzulayır!

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest