Gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə milli komandamızın üzvləri hazırda Çexiyadadı. Matc.az-ın Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Nimburk şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplantısında aparıcı cüdoçularımız iştirak edir.

Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları qatılıb.

Qeyd edək ki, cüdoçularımız mart-aprel aylarında Tbilisi və Antalya Qran-Prisində mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest