Bu gün mötəbər yarışda VI turun görüşləri keçiriləcək.
İlk 5 turda aktivinə 3 xal yazdıran Azərbaycan millisi birgünlük fasilədən sonra çətin sınağa çıxacaq. Komandamız turnirin lideri olan Rusiya ilə üz-üzə gələcək.

Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə komandalararası dünya çempionatı davam edir. Matc.az saytının məlumatına görə, bu gün mötəbər yarışda VI turun görüşləri keçirilib.

İlk 5 turda aktivinə 3 xal yazdıran Azərbaycan millisi birgünlük fasilədən sonra çətin sınağa çıxıb. Komandamız turnirin lideri olan Rusiya ilə üz-üzə gəlib. Eltac Səfərli və Nicat Abbasov rəqibləri ilə sülh bağlayıb. Rauf Məmmədov məğlub olsa da, Sergey Karyakinə qalib gələn Arkadi Naydiç millimizi yenilgidən xilas edib.

Qeyd edək ki, millimizin liderləri Teymur Rəcəbovla Şəhriar Məmmədyarovun yoxluğunda ölkəmizi çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov təmsil edir.

 

Dünya çempionatı, VI tur

11 mart

Rusiya – Azərbaycan - 1,5:1,5

Sergey Karyakin - Arkadi Naydiç - 0:1

Yan Nepomnyaşi - Rauf Məmmədov - 1:0

Aleksandr Qrişuk - Eltac Səfərli - 0,5:0,5

Vladislav Artyomov - Nicat Abbasov - 0,5:0,5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest