ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyi davam edir. Matc.az xəbər verir ki, 50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan millisi növbəti medalını qazanıb.

Əli Şükürlü (102 kq) birdən qaldırma hərəkətində 125 kq-ı ram edərək bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb. O, təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirib. Təmsilçimiz 155 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də bürünc medala yiyələnib.

Toplam 280 kq (125+155) nəticə göstərən Şükürlü yekun sıralamada da 3-cü yeri tutaraq, fəxri kürsüyə qalxmağı bacarıb.

Buna qədər Azərbaycan yeniyetmələri arasında Nailxan Nəbiyev (2009) və Azər Məmmədli (2012) dünya birinciliklərində toplamda medal qazanmağı bacarmışdı. Əli Şükürlü Las-Veqasda bu uğuru təkrarlamaqla adını tarixə yazdırıb.

Qeyd edək ki, hazırda Las-Veqasda keçirilən yarışda çıxış edən Azərbaycan yığma komandasının aktivində 5 - 1 böyük, 4 kiçik bürünc medal var. Buna qədər ömər Cavadov (55 kq) və Rüstəm Qasımov (67 kq) öz çəkilərində birdən qaldırma hərəkətində 3-cü yeri tutublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest