"Şalke"nin Çempionlar Liqasında (ÇL) biabırçı şəkildə məğlubiyyəti baş məşqçi Domeniko Tedeskonun istefaya göndərilməsinə səbəb olub. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə bəyan edib.

Bundesliqada uğursuz mövsüm keçirən Gelzenkirxen təmsilçisi ÇL-in 1/8 final mərhələsində "Mançester Siti"yə iki oyunun cəmində 2:10 hesabı ilə yenilib. Almanların idman direktoru Yohan Şnayder qərarı verməkdə çətinlik çəkdiklərini söyləyib.

Qeyd edək ki, "Şalke" Bundesliqada 25 turdan sonra 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest