21 Aprel 2023, 17:12
                
                
                
                                MPL 
                                
                
               
              
				  
 
	"Qarabağ" Ramazan bayramı münasibətilə azarkeşlərinə jest edib. Matc.az xəbər verir ki, Ağdam klubu bu gün keçiriləcək "Qarabağ" - "Zirə" oyununa girişi pulsuz edib.
	Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, bu oyuna bilet almış azarkeşlər növbəti ev oyunu - "Qəbələ" ilə matçda həmin biletdən istifadə edə biləcəklər.
	Bugünkü qarşılaşma üçün isə yalnız VIP biletlər satışda olacaq.
	Xatırladaq ki, Premyer Liqanın 31-ci turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Zirə" oyununa saat 20:00-da start veriləcək.
				
         	
                                             
               
 
             
 













_1761922707.jpg)

