Eden Azarın transferi üçün "çelsi" ilə "Real" arasındakı ilk danışıq uğursuz nəticələnib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu"nun təklifi qarşı tərəfi qane etməyib.

Belə ki, "Real" keçid üçün ingilislərə 80 milyon avro təklif edib. Lakin "zadəganlar" Belçika millisinin üzvünün 110 milyondan ucuz qiymətə sayılmayacağını bəyan edib. İlk görüş müsbət nəticələnməsə də, tərəflərin ortaq məxrəcə gəlməsi gözlənilir. Azar özü də "Real"a keçməkdə israrlıdı.

Qeyd edək ki, Eden Azarın "çelsi" ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest