AFFA İntizam Komitəsi I Divizion komandası MOİK-in üzvlərini futboldan kənarlaşdırıb. Matc.az xəbər verir ki, konkret olaraq 6 futbolçu və 1 rəsmi şəxs ağır cəzaya məruz qalıb.
 
Futbolçular Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Qabil Sabirli, Elşən Veysov və Fərman Bayramovun (hazırda "Araz Naxçıvan"dadı) danışılmış oyunlar barədə məlumatı olsa da, müvafiq orqanlara məlumat verməyiblər. Bu üzdən onların 1 il 6 ayı şərti olmaqla 2 illik futbolla məşğul olmalarına qadağa qoyulub.
 
Bundan başqa, Samir Hüseynov danışılmış oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilib. AFFA və PFL bayrağı altında keçirilən qarşılaşmalarda Hüseynovun stadiona daxil olması qadağan edilib.
 
Qeyd edək ki, adları çəkilən futbolçular 6 aydan sonra karyeralarını bərpa edə bilərlər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest