Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ikinci oyuna çıxıb.
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ikinci oyuna çıxıb.
Matc.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan millimiz Slovakiya yığması ilə qarşılaşıb.
Batumi çimərlik meydançasında baş tutan görüş komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Elçin Qasımov, Kamran Qürbətov, Ramil Əliyev və Orxan Məmmədov vurublar.
Qeyd edək ki, qrupdakı ilk oyunda İngiltərə yığmasını 8:3 hesabı ilə məğlub edən Azərbaycan millisi üçüncü matçını iyulun 17-də Latviya seçməsinə qarşı keçirəcək.













