İspaniya millisinin futbolçuları Lamin Yamal və Pedro Porro hiss etdikləri diskomfort səbəbindən komandanın ümumi məşqində iştirak etməyiblər.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Bildirilir ki, hazırda hər iki futbolçu fərdi plan üzrə çalışır. Xüsusilə, Yamal sol budunda xüsusi sarğı ilə məşq keçib.
Qeyd olunur ki, oyunçuların ümumi qrupda yer almaması tibbi və məşqçilər heyətinin tamamilə ehtiyat tədbiridir. Həm Yamalın, həm də Porronun yüksək ehtimalla 2026-cı il dünya çempionatının Argentinaya qarşı final matçında meydana çıxa biləcəyi gözlənilir.
Tarixdə 23-cü olan dünya çempionatının həlledici qarşılaşması iyulun 19-da Nyu-York yaxınlığındakı İst-Raterford şəhərində yerləşən "MetLayf" stadionunda baş tutacaq. Start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.













