"Arsenal"ın və Fransa millisinin mərkəz müdafiəçisi Vilyam Saliba 4-5 aylıq müddətə sıradan çıxa bilər.
Matc.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Bildirilir ki, Saliba 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya qarşı keçirilən matçda (0:2 məğlubiyyət) belindəki zədə səbəbindən oyunu başa vura bilməyib. Bu problem müdafiəçini artıq bir neçə aydır narahat etsə də, o, ağrılara rəğmən oynamağa davam edib.
"Belim çox pisdir, artıq buna dözə bilmirəm", - deyə Saliba İspaniya ilə görüşdə meydanı tərk edərkən Fransa millisinin həkimlərinə bildirib.
Böyük ehtimalla, müdafiəçi indi belindən əməliyyat olunmalıdır. Bərpa müddəti 4-5 ay qiymətləndirilir ki, bu da Salibanın növbəti klub mövsümünün əhəmiyyətli hissəsini buraxacağı anlamına gəlir.
Qeyd edək ki, İngiltərəyə qarşı keçiriləcək 2026-cı il dünya çempionatının üçüncü yer uğrunda matçında müdafiəçi dəqiq iştirak etməyəcək.













