"Mançester Siti" İngiltərə Premyer Liqasının qalibi olduğu üçün rekord məbləğdə mükafat alıb. Matc.az xəbər verir ki, "şəhərlilər" bu uğura görə 165,7 milyon funt sterlinq qazanacaqlar.
 
Məbləğə İngiltərədə və xaricdə yayımlar üçün müqavilələr, turnir cədvəlindəki mövqe, qazancın payı və Britaniya televiziyasında tez-tez çıxışlar daxildi. 20 klubun mövsüm üçün ümumi mükafat fondu 2,6 milyard funt sterlinq olub.
 
"Mançester Siti"nin ötən mövsüm 153 milyon funt sterlinq əldə etmişdi.
 
Pep Qvardiolanın komandası ardıcıl üçüncü, tarixdə isə doqquzuncu dəfə İngiltərə çempionu olub. Komanda iyunun 10-da çempionlar Liqasının finalında "İnter"lə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest