"Barselona"nın maliyyə departamentinin rəhbərlərinin İspaniya La Liqa təmsilçiləri ilə görüşü baş tutub. Matc.az xəbər verir ki, Kataloniya klubu bəzi oyunçuların müqavilələrini qeydiyyatdan keçirməyə və yeni gələnləri imzalamağa imkan verəcək təqdim olunan iqtisadi sabitlik planının ən qısa zamanda təsdiqini almaq niyyətindədi.
 
"Barselona" təmsilçiləri görüşdən xoş təəssüratla ayrılıblar. La Liqanın həftənin sonuna qədər "Barsa"nın iqtisadi planı ilə bağlı qərar verməsi gözlənilir.
 
La Liqanın təsdiqi ilə klub Ronald Arauxo və Qavi ilə müqavilə imzalamağa, həmçinin Lionel Messi ilə danışığa başlamağa hazırlaşır.
 
Argentinalı həm idman, həm də iqtisadi nöqteyi-nəzərdən kataloniyalıların yay üçün prioritetidi. Ancaq Messi gələcəklə bağlı qərarını ən qısa zamanda vermək istəyir və klub ona hələ rəsmi təklif göndərə bilməyib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest