Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan daha iki idmançımız məğlubiyyətlə üzləşib.
 
Belə ki, 54 kq çəkidə qüvvəsini sınayan Səyyad Dadaşov 1/16 final mərhələsində özbəkistanlı Omonjon Otajonovla bacarmayıb. 
 
Qadınların yarışında çıxış edən Minayə Əkbərova (46 kq) da uğursuzluğa düçar olub. O, Yaponiya idmançısı Ruka Okamotoya uduzub.
 
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Bundan əvvəl mübarizə aparmış 7 taekvondoçumuzdan heç biri medal qazana bilməyib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest