 
 
Misli Premyer Liqasının başa çatan 2022/23 mövsümünün oyunlarını 261 min 564 tamaşaçı izləyib. Matc.az xəbər verir ki, baş tutan 180 matçda orta göstərici 1453-ə bərabər olub. Bu, son 5 mövsümün rekordudur. Daha yüksək göstəriciyə sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub – 2007.
	Bu rəqəm 2018/19 mövsümündə 1015, 2019/20 mövsümündə 1007, 2021/22 mövsümündə 794-ə bərabər olubsa, 2020/21 mövsümü tamaşaçılarsız keçirilib.
	 
	Ən çox seyrçi 14-cü turun "Sabah" – "Qarabağ" görüşündə (0:0) qeydə alınıb – 10000. üç qarşılaşmada 7000 izləyici olub. Bu matçlar 16-cı və 32-ci turun "Neftçi" – "Qarabağ" (0:4 və 2:4), 30-cu turun "Sabah" – "Qarabağ" (2:1) duelləridir. "Beşlik"də Bakıdan kənarda baş tutan bir qarşılaşma var. 3-cü turun "Turan Tovuz" – "Qarabağ" oyununu (0:2) 5800 izləyici seyr edib. Ən çox tamaşaçı olan 5 matç çempionun səfər görüşləridir.
	 
Klublar arasında lider "Turan Tovuz"dur. Premyer Liqanın debütantının ev oyunlarını 63 min 300 nəfər izləyib. çempionatda 2-ci olan "Sabah" və 3-cü yeri tutan "Neftçi" tamaşaçı sayında da eyni mövqedə qərarlaşıb. "Qarabağ" isə 5-ci sıradadır.
| yer | komanda | tamaşaçı | oyun | orta | 
| 1 | Turan Tovuz | 63300 | 18 | 3517 | 
| 2 | Sabah | 41650 | 18 | 2314 | 
| 3 | Neftçi | 35350 | 18 | 1964 | 
| 4 | Şamaxı | 23740 | 18 | 1319 | 
| 5 | Qarabağ | 22543 | 18 | 1252 | 
| 6 | Sumqayıt | 21376 | 18 | 1188 | 
| 7 | Kəpəz | 18476 | 18 | 1026 | 
| 8 | Səbail | 13420 | 18 | 746 | 
| 9 | Qəbələ | 13159 | 18 | 731 | 
| 10 | Zirə | 8550 | 18 | 475 | 
| 
 | Cəmi | 261564 | 180 | 1453 | 

 
             
 













_1761922707.jpg)

