Argentinada "Boka Xuniors" və "Barselona"nın sabiq futbolçusu Xuan Roman Rikelmenin vida matçı baş tutub. Matc.az xəbər verir ki, görüş "Boka Xuniors" və Argentina millisinin keçmiş ulduzlarının simasında keçirilib.

Qarşılaşmada yığmanın hazırkı üzvləri Lionel Messi, Anxel Di Mariya, Leandro Paredes, həmçinin, baş məşqçisi Lionel Skaloni də iştirak edib.
"La Bombonera" stadionunda keçirilən qarşılaşmanı təxminən 60 min azarkeş izləyib. Oyun "Boka Xuniors"un 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Boka"nın heyətində Rikelme, Argentina millisində isə Messi bir dəfə fərqlənib.