Bakıda keçirilən şahmat üzrə Dünya Kubokuna yekun vurulub. Matc.az xəbər verir ki, bu gün yarışın medalçıları müəyyənləşib.
 
Norveçli Maqnus Karlsen finalda hindistanlı Rameşbabu Praqqnanandhanı məğlub edərək, karyerasında ilk dəfə Dünya Kubokunun qalibi olub. Beşqat dünya çempionu tay-brek oyunlarının birində qələbə qazanıb, birində isə heç-heçə edib.
 
Bürünc medal uğrunda dueldə isə Azərbaycan təmsilçisi Nicat Abasov ABŞ şahmatçısı Fabiano Karuanaya uduzub. Həmyerlimiz tay-brekdəki hər iki görüşdə məğlub olaraq, bürünc medal şansını əldən verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest