"Bir az yorğun idim. Nəticədən razıyam. Qazaxıstandakı dünya çdmpionatında istirahət etmədiyimi düşünürəm. Nə qədər oyun varsa, o qədər çox istirahət etmək lazımdır". Matc.az saytının məlumatına görə, bu sözləri beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirinin ilk turunda rusiyalı Aleksandr Qrişukla qarşılaşan "Şah" mötəbər yarışa heç-heçə ilə start verib.

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini açıqlayan Məmmədyarov gənclərlə oynamağın çətin olduğunu qeyd edib.

Şəhriyar son dəfə belə tez zamanda heç-heçəni Dünya Kubokunda Sergey Karyakinə qarşı oynayarkən etdiyini deyib.

Şahmatçı onun üçün mövsümün əsas hissəsinin mayda başlayacağını bildirib: "Belə turnirlərin çox olması mənim üçün normaldır. Bu il ən çox oynayacağım il olacaq. İl ərzində yüz klassik partiyada oynamağı planlaşdırıram. Şəmkir kimi turnirlərdə hər bir oyun məndən enerji aparır. çalışıram gücümü qoruyum. Heç-heçə vəziyyəti varsa, heç-heçə edirəm. Bu, nomaldır. Burada heç bir sirr yoxdur".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest