Bu gün Misli Premyer Liqasında 7-ci tur start götürüb. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma reallaşıb.
 
Əvvəlcə "Sumqayıt" doğma meydanda "Turan Tovuz"u qonaq edib. Görüşə qonaqlar fəal başlayıb. Lakin ev sahibi komandası da üstünlüyü ara-sıra ələ ala bilib. Hər iki komandanın səylərinə baxmayaraq, qapılara qol vurulmayıb.  
 
Digər görüşdə lider "Zirə" "Neftçi" ilə üz-üzə gəlib. Qonaqlar görüşdə hesabı açan tərəf olub. Lakin "Neftçi"nin sevinci uzun çəkməyib. Ev sahibi komandası fasiləyədək hesabı bərabərləşdirib. 
 
Qeyd edək ki, tura 24 və 25 sentyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.
 
 
23 sentyabr (şənbə)
 
"Sumqayıt" – "Turan Tovuz" - 0:0
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı
"Kapital Bank Arena"
 
"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Aliev, 9. Erik Sorqa
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 12. Abu Dosso, 18. Kristian Velinovski, 71. Masaki Murata, 60. Tresor Mossi
Məşqçi: Mübariz Orucov
"Turan Tovuz": 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 60. Səbayıl Bağırov, 8. Piruzi Marakvelidze, 7. Luis Paçu, 80. Otto Con, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
 

 
"Zirə" – "Neftçi" - 1:1
Qollar: Qismət Alıyev, 44 - Yuri, 22
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev
Zirə OİK stadionu
"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 6. Eldar Quliyev, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 23. Andriya Lukoviç, 44. Dmitrios çantakias, 70. İssa Cibrila

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon

Ehtiyat oyunçular30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 22. Reziuan Mirzov , 6. Dieqo Valdez, 25. Aaron Olanare, 99. Ervin Koffi

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest