Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Bayer" Almaniya Bundesliqasının VI turunda "Maynts"ı səfərdə 3:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, bununla Leverkuzen təmsilçisi klub rekorduna imza atıb.
 
Belə ki, "Bayer" tarixində ilk dəfə mövsümün startındakı birinci 6 turda 16 xal toplayıb. Xabi Alonsonun kollektivi 5 dəfə qələbə qazanıb, 1 dəfə isə rəqibi ilə bərabərə qalıb. Komanda hazırda turnir cədvəlinə başçılıq edir.
 
Qeyd edək ki, "Bayer" Bundesliqanın VII turunda "Köln"lə qarşılaşacaq. Bu matç oktyabrın 8-də Leverkuzendə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest