Bu gün və aprelin 6-da qadınlardan ibarət Azərbaycan və Estoniya milliləri arasında yoldaşlıq görüşləri keçiriləcək. Matc.az xəbər verir ki, hər iki qarşılaşmanın hakim təyinatları açıqlanıb.

"Dalğa Arena"da baş tutacaq görüşləri FİFA dərəcəli yerli hakimlər idarə edəcək. Belə ki, bu gün Rəhim Həsənov iş başında olacaqsa, 3 gün sonrakı matçı Əliyar Ağayev idarə edəcək.

 

3 aprel

16:30. Azərbaycan – Estoniya

Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Yulya Qurbanova

"Dalğa Arena"

 

6 aprel

12:00. Azərbaycan – Estoniya

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yulya Qurbanova

"Dalğa Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest