Vüqar Həşimov Memorialının iştirakçıları Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində uşaqlara seans keçib.

Matc.az turnirinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionu Vişvanatan Anand, Rusiya şahmatçıları Sergey Karyakin, Aleksandr Qrişuk, təmsilçimiz Teymur Rəcəbov, eləcə də Aniş Giri, David Navara və Veselin Topalov ümumilikdə 40 lövhədə şahmat oynayıb.

Sonda qrossmeysterlər yeniyetmə şahmatçılarla xatirə şəkli çəkdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest