AFFA Canni de Byazinin gedişindən sonra baş məşqçi axtarışına başlayıb. Assosiasiya daha çox yerli futbolçuları tanıyan və mentalitetə bələd olan mütəxəssislə anlaşmaqda maraqlıdı.
 
Artıq bir neçə yerli çalışdırıcı müxtəlif vasitələrlə namizədliyini irəli sürüb. Əcnəbilər üçün isə işçi qrupu yaradılacaq.
 
Azərbaycan mentalitetini və futbolçularını bilən azsaylı əcnəbi mütəxəssislərdən biri də Robert Prosineçkidi. Xorvatiya klubu “Rudes”dən ayrıldıqdan sonra işsiz qalan 54 yaşlı məşqçi Matc.az saytına açıqlamasında Azərbaycan millisinə qayıtmaq istəyində olduğunu gizlətməyib.
 
O, AFFA ilə danışıq aparmağa hazırdı: “Azərbaycan millisinin oyunlarını izləyirəm. Fikrimcə, futbolçuların keyfiyyəti mənim dönəmimdəkindən daha yaxşıdı. Ölkənizlə bağlı xoş xatirələrim var. Azarkeşlərin məni sevdiyini bilirəm. Mən də onları həmişə sevmişəm. Əgər təklif gəlsə, danışıq aparmaq olar. Ancaq indiki durumda heç kim əlaqə saxlamadığından, əlavə nəsə deməyə ehtiyac yoxdu”.
 
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə yığmamızı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest