"Santos" klubunun muzeyində klubun yetirməsi və əfsanəsi olan hücumçu Neymarın büstü qoyulub. Heykəlin açılış mərasimində futbolçunun özü də iştirak edib. Tədbirdən olan fotoşəkillər klubun sosial şəbəkə hesablarında paylaşılıb.

Matc.az xəbər verir ki, bu barədə "Santos" klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Neymar 2025-ci ildə doğma "Santos" klubuna qayıdıb və onun müqaviləsi cari ilin dekabr ayının sonuna kimidir.

Hücumçu 2026-cı ildə komandanın heyətində meydana çıxdığı 16 matçda 8 qol vurub. O, "Santos"dan başqa, "Barselona", "PSJ" və "Əl-Hilal" klublarında da çıxış edib.

Neymar həmçinin Braziliya millisinin tarixinin ən yaxşı bombardiridir. Təcrübəli forvard milli komandada keçirdiyi 130 oyunda 80 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest