Portuqaliyalı mərkəz müdafiəçisi Antoniu Silva karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. 22 yaşlı futbolçu Portuqaliyanın "Benfika" klubundan İngiltərənin "Bornmut" komandasına transfer olunur.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, klublar arasında artıq rəsmi müqavilə imzalanıb. Keçidin sabit məbləği 25 milyon avro təşkil edəcək. Bundan əlavə, müqavilədə bonus şəklində daha 5 milyon avro nəzərdə tutulub.

Transferin tamamlanmasından əvvəl futbolçunun tibbi müayinəsi yaxın vaxtlarda baş tutacaq. "Benfika"nın yetirməsi olan Antoniu Silva 2022-ci ilin yayından Lissabon təmsilçisinin əsas komandasında çıxış edir.

Qeyd edək ki, daha əvvəl oyunçu ilə İtaliyanın "Milan" klubunun da maraqlandığı bildirilirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest