Tanınmış almaniyalı məşqçi Rocer Şmidt "Red Bull" şirkətinin qlobal futbol şöbəsinin yeni rəhbəri olacaq.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, o, bu vəzifədə bu yaxınlarda Almaniya milli komandasının baş məşqçisi təyin olunan Yurgen Kloppu əvəz edəcək.

"Red Bull"un kommersiya şöbəsinin rəhbəri vəzifəsinə isə Florian Şolts gətiriləcək. O, daha əvvəl "Leypsiq" klubunda analoji vəzifədə çalışıb. Şolts ümumilikdə Almaniya klubunda 2015-ci ildən 2023-cü ilə qədər fəaliyyət göstərib.

Şmidtin son iş yeri 2022-2024-cü illərdə rəhbərlik etdiyi "Benfika" klubu olub. O, artıq 2012-2014-cü illərdə "Red Bull" strukturunda çalışıb və Avstriyanın "Zalsburq" komandasına baş məşqçilik edib. 59 yaşlı almaniyalı mütəxəssis karyerası ərzində "Delbrükker", "Prussen Münster", "Paderborn", Leverkuzen "Bayer"i, "Beytszin Qoan" və Niderlandın "PSV Eyndhoven" klublarında da fəaliyyət göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest