"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın qapıçısı Andre Onanın tənqidlərinə cavab verib.

Matc.az xəbər verir ki, daha əvvəl Çempionlar Liqasında İngiltərə klubu "Qalatasaray"la heç-heçə edib (3:3). Onana cərimə zərbələri ilə iki qolu buraxıb. Çalışdırıcı oyundan sonra mətbuat konfrasında iştirak edib: “Onun oyununa baxsanız, o, statistikaya əsaslanaraq Premyer Liqanın ikinci ən yaxşı qapıçısıdır. O, yaxşı işləyir, amma Çempionlar Liqasında bir neçə səhvə yol verdiyini bilir. Ümumiyyətlə, beş ay ərzində o, yaxşı çıxış etdi. Onun pis çıxışlara necə reaksiya verdiyini hamınız görmüsünüz. Münhendə kifayət qədər arxayın deyildi, amma “Börnli”yə qarşı əla idi. O, güclü xarakterə malikdir. Onana əsl insandır. O, istənilən çətinliyin öhdəsindən gələ bilər”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest