"Baş məşqçinin standart vəziyyətlərlə bağlı tapşırıqlarını bilmək vacibdi. İkinci oyunda komanda yorğun idi. Taktiki planda da axsadıq. Ümumiyyətlə baş məşqçinin taktiki tapşırıqlarını oyunda yerinə yetirmək üçün xeyli əvvəldən yığışmaq, məşqlər keçmək lazımdı"

"İki gün ərzində iki oyun keçirdik. İlk matçın birinci hissəsini yaxşı oynadıq. Hətta matçın videosunu izləyəndə də baş məşqçi onun tapşırıqlarını yerinə yetirdiyimizi qeyd etdi. Ancaq həmin matçın ikinci hissəsini imkanlarımızdan zəif keçirdik". Matc.az saytının məlumatına görə, bu sözləri futzal üzrə milli komandamızın üzvü Xətai Bağırov deyib.

Latviyada yerli komanda ilə yoldaşlıq görüşündə üz-üzə gələn yığmamız oyundan 2:2 hesablı bərabərliklə ayrılıb.

Matçdan sonra federasiyanın rəsmi saytına açıqlama verən futzalçı fikirlərini bölüşüb: "Bu da yorğunluq və heyətə yeni cəlb olunan oyunçularla bağlıdı. çünki baş məşqçinin standart vəziyyətlərlə bağlı tapşırıqlarını bilmək vacibdi. İkinci oyunda komanda yorğun idi. Taktiki planda da axsadıq. ümumiyyətlə baş məşqçinin taktiki tapşırıqlarını oyunda yerinə yetirmək üçün xeyli əvvəldən yığışmaq, məşqlər keçmək lazımdı. Bugünkü oyunun birinci hissəsinin sonuna yaxın büdrəmələr oldu. Təbii ki, doğma meydanda oynayan və azarkeşlərini sevindirməyə çalışan rəqib bundan istifadə edə bildi. Oyun ərzində onların qapımız istiqamətində 4-5 zərbəsi oldu ki, bunlardan ikisini tora qovuşdurdular. Bir qədər də bəxtləri də gətirdi. Etiraf edim ki, baxımlı qollar vurdular. Bu cür gözəl qolları 4 il əvvəl dünya çempionatında görmüşdük".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest