“Çətin səfər idi. “Zirə”yə onun meydanında qalib gəlmək çox çətindi və bunun üçün əziyyət çəkmək lazımdı”. Matc.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXV turunda “Zirə” ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
“Çətin səfər idi. “Zirə”yə onun meydanında qalib gəlmək çox çətindi və bunun üçün əziyyət çəkmək lazımdı”. Matc.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXV turunda “Zirə” ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın ardından fikirlərini bölüşüb: “Azarkeşlərimizə təşəkkür edirəm ki, bizi sona qədər dəstəklədilər. Üstünlük bizdə idi, ilk dəqiqələrdə qol vurduq. Birinci hissədə yüz faizli iki epizoddan yararlana bilmədik. Qırmızı vərəqə və zədə səbəbindən rəqibin ikinci hissədə dəyişikliklər edəcəyini və bizi əks-hücumda yaxalamaq istəyəcəyini bilirdik. Qorxduğumuz ikinci hissədə başımıza gəldi. İlk standart vəziyyətdən səhv etdik və penalti ilə nəticələndi”.
- Qapıçı Aydın Bayramovun vəziyyəti necədi?
- Vəziyyəti ilə maraqlandım. Zərbə sifətinə olmuşdu. Oynamaq istəyirdi, amma başı gicəlləndi. Paltardəyişmə otağında pis deyildi.
- Son nöqtəni qoya bilməməyiniz nədən qaynaqlandı?
- Bu gün bizim də itkilərimiz var idi. Cəmi bir məşq etmişdi, bu gün risk edib sonradan meydana buraxdıq. Xəyal Nəcəfov dünən zədələndi. Denis Marandiçinin zədələnməsi də bizə təsir etdi. O oynayanda cinahdan asmalarımız daha çox olur. Rəqib yaxşı müdafiə olunan komandadı. “Zirə” çempionatda ən az qol buraxan komandadı, kompakt, nizam-intizamlı futbol oynayır. Bu gün də sistemlərində dəyişiklik var idi. Bizə qarşı ikinci dəfə idi ki, 3 mərkəz müdafiəçisi ilə oynadılar.
- Zirədəki kubok oyunu ilə bugünkü görüşü necə müqayisə etmək olar?
- Orada biz qol vurandan sonra “Zirə”nin böyük təzyiqi oldu, üstünlük onlar tərəfə keçdi. Amma bu gün qol vurduqdan sonra da nəzarət bizdə idi. “Zirə” ilə matçımız həmişə maraqlı keçib, bir-birimizə qarşı taktiki savaş olub.