Portuqaliya yığmasının bu ay keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, komandanın kapitanı Kriştiano Ronaldo da iştirak ərizəsində yer alıb.

Lakin 39 yaşlı superulduz İsveçlə yoldaşlıq görüşünü buraxmalı olacaq. O, bu görüşün heyətində yer almayacaq. Kapitan yalnız Sloveniya ilə qarşılaşma öncəsi düşərgəyə qoşulacaq.

Qeyd edək ki, Portuqaliya yığması martın 21-də İsveçlə, 26-da Sloveniya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest