“Bavariya” iki mütəxəssisi baş məşqçi postuna namizədlər siyahısından çıxarıb. Matc.az xəbər verir ki, bunlar Antonio Konte və Joze Mourinyodu.

Hazırda bu vəzifəyə namizədlərdən biri Avstriya millisinin çalışdırıcısı Ralf Ranqnik hesab edilir. O, Münhen klubu üçün prioritet olan “Bayer”in baş məşqçisi Xabi Alonsoya ilk alternativdi.

Qeyd edək ki, “Bavariya” hazırkı baş məşqçisi Tomas Tuxellə mövsümün sonunda yollarını ayıracağını açıqlayıb. Münhenlilər hazırda 60 xalla Almaniya Bundesliqasında ikinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest