"Anderlext"in hücumçusu Torqan Hazard ağır zədə alıb.
 
Matc.az xəbər verir ki, futbolçu "Union Saint-Gilloise" ilə oyunun 37-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. Müayinə zamanı onun ön çarpaz bağının zədələndiyi məlum olub. Onun üçün cari mövsüm erkən başa çatıb.
 
Qeyd edək ki, o, Belçika millisində Avro-2024-də iştirak edə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest